İtaliyanın "İnter" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Eşli Yanqın koronavirus testi pozitiv nəticələnib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngilis yarımmüdafiəçinin ev şəraitində karantində olduğunu bildirib.
 
Daha əvvəl "İnter"də Alessandro Bastoni, Andrey İonut Radu, Raca Naynqqolan, Roberto Qalyardininin koronavirusa yoluxduğu açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest