Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun "Sabah"la oyununa hazırlaşan "Neftçi" yoxlama matçı keçirib.
 
Matc.az xəbər verir ki, Füzuli Məmmədovun yetirmələri klubun bazasında "Qəbələ" ilə qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. "Neftçi"nin heyətində Emin Mahmudovla Rener Alves de Souza fərqlənib. "Qəbələ"də isə Ceyms Adeniyi dublla yadda qalıb.
 
Xatırladaq ki, "Qəbələ" ötən gün "Sumqayıt"la da qarşılaşıb və 1:3 hesabıyla uduzub.
 
Yoxlama oyunu
11 oktyabr
 
Neftçi – Qəbələ 2:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest