"Barselona" "Lion"un hücumçusu Mempis Depayı transfer etməkdə israrlıdır.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman oyunçunu heyətində görmək istəyir. Hücumçunun yanvarda komandaya qoşulacağı ehtimal edilir. 

26 yaşlı futbolçu bu mövsüm "Lion"da 6 oyun keçirib və 4 qol vurub. Depayın Fransa klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır. Forvardın yayda "Barselona"ya keçidi alınmamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest