"Vilyarreal" klubunun hücumçusu Jerar Moreno zədələnib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Morenonun sol ayağının bud nahiyyəsində problem aşkarlanıb. Forvardın zədəsi gözləniləndən tez sağalmasa,  Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"a qarşı görüşü buraxmalı olacaq.

Qeyd edək ki, "Qarabağ" I qrupundakı ikinci matçını oktyabrın 29-da evdə "Vilyarreal"a qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest