Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiprə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, 63 yaşlı italyan mütəxəssis bu gün Albaniyada baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çalışacağıq ki, sabah yaxşı nəticə qazanaq. Monteneqro ilə görüşdə özümüz qapımızda səhvlər etdik və qollar buraxdıq. Matç başqa cür bitə bilərdi. Sabah situasiyanı dəyişməyə çalışacağıq". 
 
De Byazi zədəli futbolçuların durumları haqqında danışıb: "Maksim Medvedev və Bədavi Hüseynov sabah oynamayacaq, Təmkin Xəlilzadə, böyük ehtimalla, ehtiyatda olacaq. Əli Qurbaninin da durumu yaxşı deyil. Xəlilzadə və Qurbani sabah testən keçəcəklər, lazım olsa, meydana çıxa bilərlər. Bədavi Hüseynovu Elvin Bədəlov, Maksim Medvedivi isə Azər Salahlı əvəzləyəcək".  
 
Millinin baş məşqçi "taktiki planda dəyişiklik edəcəksinizmi" sualına belə cavab verib: "Oyun sistemimiz tamam dəyişməyəcək. Monteneqro ilə qarşılaşmadakı sonuncu sistem qalacaq. Taktika isə hər zaman rəqibə uyğun dəyişir. Oyun vaxtı da dəyişikliklərə hazır olmalıyıq". 
 
Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest