"Yuventus"un zədəli futbolçusu Federiko Bernardeski sıraya dönüb.
 
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
 
26 yaşlı futbolçunun zədəsini tam sağaltdığı bildirilir. O, ötən gün komanda ilə məşqlərə başlayıb.
 
Bernardeskinin oktyabrın 17-də A Seriyası çərçivəsində keçiriləcək "Krotone" ilə oyunun iştirak ərizəsində yer alması gözlənilir.
 
Qeyd edək ki, Bernardeski sentyabrın əvvəlindən zədəli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest