Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.

Matc.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiprlə üz-üzə gəlib.

Azərbaycan millisi ikinci dövrənin ilk matçını doğma meydanda keçirməli olsa da, məlum səbəblərdən bu oyun Albaniyada baş tutub.

Əvvəlki turlarda Lüksemburqa 1:2, Monteneqroya 0:2 hesabı ilə uduzan millimiz yeganə qələbəsini məhz Kipr üzərində qazanmışdı – 1:0. Xala və qola həsrət qalan autsayder son sıradan qurtulmaq üçün mübarizə aparıb. Millimiz isə bu rəqiblə oyundan növbəti dəfə uğurlu nəticə ilə ayrılmaq niyyətində olsa da, bu dəfə heç-heçə ilə kifayətlənib.

UEFA Millətlər Liqası
C liqası, 4-cü tur

13 oktyabr

Azərbaycan – Kipr 0:0
Matçın 27-ci dəqiqəsində Qara Qarayev penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Elbasan (Albaniya). "Elbasan Arena".

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 5. Şəhriyar Əliyev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 9. Əli Qurbani, 15. Namiq Ələsgərov, 16. Elvin Camalov, 17. Rəhman Hacıyev, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Canni De Byazi.
Kipr: 1. Demetris Demetriu, 2. Antreas Karo, 3. Xristos Veler, 7. Minas Antoniu, 8. Xambos Kiriaku, 9. Dimitris Xristofi, 10. Pieros Sotiriu, 18. Kostakis Artimatas, 19. Kostas Laifis, 20. Qriqoris Kastanos, 21. Marinos Tzionis.
Ehtiyat oyunçular: 12. Xaralambos Kiriakidis, 22. Neofitos Mixael, 4. Tomas İoannu, 5. Fanos Katelaris, 6. Xristos Şelis, 11. Panayotis Zaxariu, 13. İoannis Kusulos, 14. Andronikos Kakulis, 15. Aleksander Qoqiç, 16. Mixalis İoannu, 17. Loizos Loizu, 23. İoannis Pittas.
Baş məşqçi: Yohan Valem.

Monteneqro – 9, Lüksemburq – 6, Azərbaycan – 4, Kipr – 1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest