Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.

Matc.az xəbər verir ki, ikinci dövrənin ilk oyun günündə 7 matç baş tutub.

A liqasında Ukrayna İspaniyanı qəbul edib. İspanlar bu görüşdə minimal hesabla məğlub olublar. Almaniya isə öz meydanında İsveçrə ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

C liqasında Azərbaycan Kipri, Monteneqro Lüksemburqu sınağa çəkib. Millimizin heç-heçəyə razılaşdığı gündə rəqiblərimizin duelində Lüksemburq səfər qələbəsi sayəsində Monteneqro ilə xallarını bərabərləşdirib.

Qitənin ən zəif millilərinin yer aldığı D liqasında üç görüş baş tutub. Latviya evdə Maltaya uduzubsa, Farer adaları Andorranı məğlub yola salıb. Lixtenşteyn – San Marino matçında isə qapılara qol vurulmayıb.

UEFA Millətlər Liqası
13 oktyabr

A liqası, 4-cü qrup

Ukrayna – İspaniya 1:0
Qol: Tsiqankov, 76.

Almaniya – İsveçrə 3:3
Qol: Verner, 28. Haverts, 55. Qnabri, 60 – Qavranoviç, 5; 57. Freuler, 26.

İspaniya – 7, Almaniya – 6, Ukrayna – 6, İsveçrə – 2


C liqası, 1-ci qrup

Azərbaycan – Kipr 0:0

Monteneqro – Lüksemburq 1:2
Qol
: İvanoviç, 34 – Muratoviç, 42. Sinani, 86.

Lüksemburq – 9, Monteneqro – 9, Azərbaycan – 4, Kipr – 1


D liqası, 1-ci qrup

Latviya – Malta 0:1
Qol: Borq, 90+7.

Farer adaları – Andorra 2:0
Qol
: Olsen, 19; 33.

Farer adaları – 10, Malta – 5, Latviya – 3, Andorra – 2


D liqası, 2-ci qrup

Lixtenşteyn – San Marino 0:0

Cəbəllütariq – 6, Lixtenşteyn – 4, San Marino – 1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest