"Milan" klubunun məşqçisi Daniele Bonera koronavirusa yoluxub. Matc.az A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis dərhal karantinə alınıb.

Məlumata görə, baş məşqçi Stefano Piolinin köməkçisi bazar ertəsi günü qızdırması olduğu üçün koronavirus testindən keçib. Testin nəticəsinin müsbət olmasının ardından o, dərhal təcrid olunub və evə yollanıb. Danielenin durumunun hazırda yaxşı olduğu bildirilir.

Milan klubu məşqçinin ardından futbolçuların da koronavirus testindən keçdiyini və bütün nəticələrin mənfi olduğunu açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest