14 Oktyabr 2020, 00:24
DİGƏR
"Ermənistan müdafiə nazirliyinin yaydığı yalan məlumatların məqsədi öz xalqını sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır". Matc.az xəbər verir ki, bu fikirlər Müdafiə Nazirliyinin yaydığı məlumatda yer alıb. Bildirilir ki, düşmən ölkədə hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur.
"Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır".
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfindən fərqli, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir.