"İlk hissədə Azərbaycan bizə çox təzyiq göstərirdi. Oyun rəqibin üstünlüyü ilə keçdi. Matçın 78-ci dəqiqəsində hesabı açmaları üçün əla imkan olsa da..."

Millətlər Liqasının IV turunda millimiz Kiprlə qolsuz heç-heçə edib. Matc.az xəbər verir ki, Albaniyada keçirilən oyunun ardından rəqib ölkənin mətbuatında görüş barədə məqalə dərc edilib.

"Balla.com.cy" saytında dərc edilən yazıda Kipr komandasının 1 xalı qapıçı Demetris Demitriunun sayəsində qazanıldığı vurğulanıb: "21 yaşlı qolkiper əsl qəhramlıq etdi. O, əvvəlcə Qara Qarayevin penaltisini dəf etdi, sonra isə bir neçə qurtarışla yadda qaldı. İlk hissədə Azərbaycan bizə çox təzyiq göstərirdi. Oyun rəqibin üstünlüyü ilə keçdi. Matçın 78-ci dəqiqəsində hesabı açmaları üçün əla imkan olsa da, Demetris onlara yenə "dur" dedi.  Gənc qapıçımızın performansı sayəsində Kipr qrupda ilk xalını qazandı".

Qeyd edək ki, 4 turdan sonra Azərbaycanın 4, Kiprin isə 1 xalı var. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan Lüksemburq və Monteneqronun hesabında 9 xal var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest