"Qarabağ"ın Avropa Liqasının İ qrupundakı rəqiblərindən İspaniya "Vilyarreal"ı növbəti itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, komandanın ekvadorlu futbolçusu Pervis Estupinyan milli komandanın oyununda zədələnib.
 
22 yaşlı müdafiəçi Uruqvayı evdə 4:2 hesabı ilə məğlub etdikləri matçda sıradan çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra bəlli olacaq.
 
Qeyd edək ki, daha əvvəl "Villarreal"ın aparıcı hücumçusu Jerar Moreno zədələnib. "Qarabağ" İ qrupundakı ikinci matçını oktyabrın 29-da evdə "Vilyarreal"a qarşı keçirəcək. Ağdam təmsilçisi ilk turda İsrail Makkabisinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest