Futbol üzrə İtaliya A Seriyasının 3-cü turu çərçivəsində keçirilməli olan, lakin baş tutmayan "Yuventus" - "Napoli" matçı ilə bağlı yekun qərar açıqlanıb.
 
Matc.az xəbər verir ki, İtaliya Futbol Federasiyası səfər matçına yollanmadığı üçün Neapol təmsilçisinə 0:3 hesabıyla texniki məğlubiyyət verib.
 
Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Koronavirusla bağlı protokola əməl etmədiyinə görə "Napoli"nin hesabından 1 xal da silinib.
 
Qeyd edək ki, "Yuventus" – "Napoli" matçı oktyabrın 4-də keçirilməli idi. Lakin həmin dövrdə hər iki komandanın heyətində koronavirusa yoluxan futbolçular olduğuna görə, Neapol səhiyyə xidməti qonaq kollektivin Turinə yollanmasına icazə verməmişdi. Buna baxmayaraq, "Yuventus"un futbolçuları meydana çıxmış, görüşün baş hakimi Daniele Doveri isə görüşü rəsmi başlama vaxtından 45 dəqiqə sonra bitirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest