İngiltərənin "Kristal Pelas" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Liverpul"un sabiq sağ cinah müdafiəçisi Nataniel Klaynı transfer edib.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı ingilis futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. Müdafiəçi bu komandada "17" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Klayn "Kristal Pelas"a azad agent kimi keçib. O, 2015-ci ildən formasını geyindiyi "Liverpul"dan bu yay ayrılmışdı. Geridə qalan mövsümdə "Bornmut"da icarədə olan futbolçu "Liverpul"dan öncə "Sauthempton"da çıxış edib.
 
"Kristal Pelas" İngiltərə yığmasının da üzvü olan Klayn üçün doğma klubdur. Məsələ burasındadır ki, o, sözügedən klubun öz yetirməsidir. Nataniel 2008-2012-ci illər aralığında bu komandanın heyətində 120-dən çox oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest