Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqanın Millətlər Liqasının IV turunda Xorvatiya ilə görüşdə meydana çıxması əlamatdar olub.
Matc.az xəbər verir ki, bu, 17 yaşlı futbolçunun millidəki 3-cü görüşü olub. O, daha öncə Xorvatiya və Ukrayna yığmalarına qarşı da forma geyinmişdi.
"Renn"in yarımmüdafiəçisi 110 il sonra 18 yaşı tamam olmadığı halda yığma ilə 3 oyun keçirən oyunçu kimi bu rekordu təkrarlayıb. İlk dəfə bu uğuru 1910-cu ildə Daniel Merse bacarmışdı.