"Klubda hər şeydən təcrid olunmağımızı, vacib oyunlarımız olduğu üçün özümüzü yalnız işimizə həsr etməyimizi istəyirlər. çünki münaqişənin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ciddi hazırlaşmalıyıq".

Matc.az xəbər verir ki, bu szöləri "Qarabağ"ın ispaniyalı legioneri Xayme Romero yerli mətbuata açıqlamasında deyib. O, hazırkı müharibədən daha çox koronavirus pandemiyasının özlərinə çətinlik yaratdığını etiraf edib:

"Hər səfər öncəsi testən keçməliyik. Geri dönən də bu hal təkrarlanmalıdır. Martdan sərt karantin qaydaları tətbiq edildi. Kafelər, restoranlar hamısı bağlı idilər. Daha sonra axşama qədər işləməyə icazə verildi. ümid edirəm ki, müharibə və virus bitər, hər şey yenə normala dönər".

Romeo komandanın baş məşqçisi Qurban Qurbanovla olan münasibətlərindən də danışıb: "çox ciddi biri kimi görünsə də, hər kəslə yaxındır. "Qarabağ"ın bütün uğurlarında əsas pay sahibi odur. ünsiyyət üçün ingilis dilində danışsa da, mən çox bilmirəm. Nə yaxşı ki, ispan dilinə çevirən tərcüməmiçiz var".

O, 2013/14 mövsümündə "Real"ın əsas komandasında PSJ-yə qarşı keçirilən yoxlama görüşü zamanı Kristiano Ronaldonu əvəzlədiyi anı da xatırlayıb: " Onun əvəzinə meydana daxil olmağım insanların diqqətini cəlb etdi. çünki dünyanın ən yaxşıları ilə oynayırdım. Futbol tarixinin ən güclülərindən birinin yerinə meydana daxil olmaq yaxşı hisslər idi".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest