İtaliyalı hücumçu Mario Balotelli karyerasını Fransa davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, "Nant" klubu oyunçu ilə yaxından maraqlanır. Artıq Liqa1 təmsilçisinin təcrübəli forvarda müqavilə təklif etdiyi vurğulanıb. Xəbərdə daha bir neçə Fransa klubunun futbolçunun xidmətində maraqlı olduğu deyilir. 

Qeyd edək ki, Balotelli ötən mövsüm "Breşia" forması ilə A Seriyasında 19 oyuna çıxıb və 5 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest