"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli bir neçə gün əvvəl ermənilər tərəfindən Gəncədə törədilmiş terrorla bağlı paylaşım edib.
 
Matc.az xəbər verir ki, alban futbolçu terrordan sonra Gəncədə çəkilən fotonu "Ganja strong, pray for Ganja" (Gəncə güclüdür, Gəncə üçün dua edin) sözləri ilə paylaşıb.
 
Oktyabrın 11-də Ermənistan silahlılarının Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest