Əliyar Ağayevə bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edib. Matc.az xəbər verir ki, o, qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan Bolqarıstan - Uels matçının baş hakimi olub.
 
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna sarı vərəqə göstərib.
 
Qeyd edək ki, Əliyar Ağayevə bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest