"Yuventus" klubu ötən mövsümün maliyyə zərərini açıqlayıb. Matc.az xəbər verir ki, rəhbərliyin toplantısında koronavirusun yaratdığı böhran müzakirə edilib.

Məlumata görə, Turin təmsilçisi 2019-20 mövsümündə 89,7 milyon avro ziyan edib. Komanda ötən ili A Seriyasının qalibi kimi tamamlasa da, ciddi maliyyə problemi ilə üzləşib.

Bildirilir ki, rəhbərlik heyətdəki yüksək maaş alan oyunçularla vidalaşa bilər. Əgər azarkeşlər bu il də stadionlara cəlb edilməsə, yayım gəlirləri bərpa olunmasa klub ciddi maliyyə böhranı ilə qarşılaşacaq.

Bu səbəbdən bəzi futbolçuların müqavilə müddətinin uzadılmasının təxirə düşdüyü də vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest