"Bir çox epizoddan yararlana bilmədik. Ikinci görüşdə sadəcə, şansımız gətirmədi. Biz maksimum şəkildə hazırlaşmışdıq. Əslində Monteneqro üzərində də nəticə qazana bilərdik".

"ölkənin hazırkı vəziyyətində oyunlara köklənmək çətin olur. Ancaq özümüzdə güc tapıb hazırlaşmışdıq. Düzdür, yaxşı nəticələr qazana bilmədik. Monteneqroya məğlub olsaq da, Kiprə qarşı pis oynamamışdıq".

Bu sözləri matc.az saytına Azərbaycan millisinin üzvü Elvin Camalov UEFA Millətlər Liqasında Monteneqro və Kipr yığmalarına qarşı keçirdiyimiz görüşləri dəyərləndirərkən deyib. O, ikinci oyunda qalib gələ bilməməyimizi bəxtsizliklə əlaqələndirib:

"Bir çox epizoddan yararlana bilmədik. İkinci görüşdə sadəcə, şansımız gətirmədi. Biz maksimum şəkildə hazırlaşmışdıq. Əslində Monteneqro üzərində də nəticə qazana bilərdik. İkinci matçda isə tamamən üstünlük bizdə olsa da, qol vura bilmədik. Heyif ki, bəxtimiz gətirmədi, futbolda belə hallar olur. Bilirik ki, biz də bu cəbhədə mübarizə aparırırq. Bunu yaxşı anlayırıq".

Camalov ilk oyuna nəzərən Kiprlə qarşılaşmada heyətdəki dəyişiklikdən və qrupdakı şanslarımızdan da danışıb. O, qarşılaşmanın Albaniyada keçirilməsinə də münasibət bildirib:

"Az da olsa şansımız var. Bunun üçün sonadək mübarizə aparacağıq. Heyətə dəvət edilən futbolçular baş məşqçinin seçimidir. Hamısı öz klublarında yaxşı çıxış edən oyunçulardır. Görüşün evdə keçirilməsini istərdik. Ancaq bu, rəhbərlik tərəfindən qəbul edilmiş qərardır. Biz evdə də, səfərdə də çıxıb ən yaxşısını göstərməliyik. Meydançanı pisləməyə haqqım yoxdur, çünki imkanlarımız var idi. Stadionun bizə heç bir maneçiliyi olmadı. Qələbə qazanmaq istəyirdik, alınmadı. Az qalan şansımızdan sona kimi istifadə etməliyik. Bundan sonra qarşıdakı oyunlara baxacağıq. Hazırda isə ən böyük arzumuz işğal altındakı torpaqlarımızın geri qaytarılmasıdır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest