Almaniyanın "Herta" klubunun yeni futbolçusu Matteo Genduzi koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Fransanın U-21 millisinin düşərgəsindən qayıdan futbolçunun koronavirus testi pozitiv nəticələnib. Xəstəliyin simptomlarını keçirməyən Genduzi karantinə alınıb.
 
21 yaşlı futbolçu bir neçə gün əvvəl icarə əsasında "Arsenal"dan "Herta"ya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest