İngiltərənin "Derbi Kaunti" klubunun futbolçusu Ueyn Runi baş məşqçiliyə başlaya bilər.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hazırda klubda oynayan-məşqçi funksiyasını yerinə yetirən 34 yaşlı futbolçunun "Derbi Kaunti"də baş məşqçi Filip Kokunu əvəzləməsi variantı var.
 
Klub rəhbərliyi komandanın cari mövsümdəki çıxışından razı deyil. Dörd oyunun üçündə məğlub olan komandada Kokunun taleyi gələn həftə müəyyənləşəcək. Belə ki, oktyabrın 16-da keçiriləcək "Uotford"la oyunda komanda məğlub olsa, Koku istefaya göndəriləcək. Runi Kokunun ideal əvəzləyicisi olaraq görülür. 
 
Runi bu ilin yanvarından "Derbi Kaunti"nin şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest