Braziliya milli komandasının sabiq baş məşqçisi Luis Felipe Skolarinin yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 72 yaşlı braziliyalı mütəxəssis "Kruzeyro"nun baş məşqçisi təyin olunub.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Skolari Braziliya ilə yanaşı, Portuqaliya yığmasındakı işi ilə tanınır. O, həmçinin İngiltərədə "çelsi", ölkəsində "Qremio", çində "Quançjou Everqrand" klublarında çalışıb. Təcrübəli baş məşqçinin son iş yeri 2019-cu ilin sentyabrında vidalaşdığı "Palmeyras" olub. O, "Kruzeyro"ya əvvəllər də rəhbərlik edib.
 
B Seriyasında çıxış edən "Kruzeyro" 15 turdan sonra 12 xalla autsayderlər qrupunda qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest