Futbol üzrə Azərbaycan I Divizionunda 3-cü turun oyun cədvəli məlum olub.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.
 
Tovuz şəhər stadionunda aparılan yenidənqurma işləri ilə əlaqədar 1-ci dövrənin oyunu "Qarabağ-2" – "Turan Tovuz", 2-ci dövrənin oyunu "Turan Tovuz" – "Qarabağ-2" olaraq dəyişdirilib.
 
I Divizion
3-cü tur
21 oktyabr
 
13:00. Qarabağ-2 – Turan Tovuz
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
 
13:00. Sumqayıt-2 – Kəpəz
Sumqayıt şəhər stadionu (ehtiyat meydança),
 
14:00. Qaradağ Lökbatan – Keşlə-2
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
 
22 oktyabr
 
13:00. Sabah-2 – Zaqatala
"Bank Respublika Arena" (ehtiyat meydança)
 
14:00. Neftçi-2 – MOİK
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest