Fransanın "Monpelye" klubunun 12 üzvündə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, virusa yoluxanların 8-nin futbolçu, 4-nün isə klub işçisi olduğu bildirilib. Virus aşkarlanan şəxslərin adları açıqlanmayıb və onlar karantinə alınıblar.
 
"Monpelye" Liqa 1-in 7-ci turunda sabah "Monako" ilə qarşılaşmalıdır. Matçın təxirə salınması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest