Ukraynanın "Lvov" komandası koronavirus test nəticələrinin cavabını açıqlayıb. Matc.az xəbər klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas həyətin iki üzvünün infeksiyaya yoluxduğu bildirilib.

Məlumata görə, futbolçular dərhal təcrid olunublar. Onların müalicəsinə başlandığı vurğulanıb. Açıqlamada heyətin digər üzvlərinin test nəticələrinin mənfi olduğu bildirilib.  

Komanda sabah Ukrayna çempionatının VI turunda Kiyevdə "Şaxtyor"la görüşəcək. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest