İspaniyanın "Sevilya" klubunun müdafiəçisi Jul Kundedə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Koronavirus testi müsbət çıxan 21 yaşlı futbolçu karantinə alınıb.
 
2019-cu ildə "Bordo"dan transfer olunan fransız futbolçu bu mövsüm "Sevilya" ilə 3 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest