"Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür", - deyə Hikmət Hacıyev qeyd edib.

"Ermənistana yeni raket sistemləri gətirilib. Dərhal xain və qəddarcasına Azərbaycan şəhərlərinin dinc əhalisinə təcavüz etməyə başladılar".
 
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
 
"Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür", - deyə Hikmət Hacıyev qeyd edib.
 
"Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar. Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb",- o bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest