"Neftçi"nin qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar Rumıniya və çexiya təmsilçiləri ilə üz-üzə gələcək.

Baş məşqçi Roberto Bordin yetirmələrini yanvarın 18-də "Qaz Metan", 23-də isə "Slovan"la görüşdə sınayacaq. Ayın 26-dakı rəqibin kimliyi isə hələ bəlli deyil.

Qeyd edək ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq "Neftçi" Manavqat bölgəsində yerləşən "The Sense De Luxe" otelində məskunlaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest