Futbol üzrə İspaniya La Liqasında 6-cı tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub. Turun açılış matçında "Sevilya" səfərdə "Qranada"nın qonağı olub və minimal hesabla uduzub.
 
"Atletiko" bu turda "Selta" ilə səfər matçından inamlı qələbə ilə ayrılıb. "Real" "Kadis"lə münasibətlərinə aydınlıq gətirib və yeni mövsümdə ilk məğlubiyyətini alıb. "Barselona" çətin "Xetafe" səfərinə yollanıb. Kataloniya təmsilçisi də turu məğlubiyyətlə başa vurub.
 
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Vilyarreal" doğma meydanda "Valensiya"nı qəbul edəcək.
 
İspaniya La Liqası
6-cı tur
17 oktyabr
 
Qranada – Sevilya 1:0
Qol: Y.Herrero, 82.
 
Selta – Atletiko 0:2
Qol: L.Suares, 6. Karrasko, 90+5.
 
Real – Kadis 0:1
Qol: Lozano, 16.
 
Xetafe – Barselona 1:0
Qol: Mata, 56-pen.
 
18 oktyabr
 
14:00 Eybar – Osasuna
16:00 Atletik – Levante
18:00 Vilyarreal – Valensiya
20:30 Alaves – Elçe
20:30 Hueska – Valyadolid
23:00 Betis – Real Sosyedad

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest