"çelsi" daha bir futbolçusunu icarəyə verib.
 
Matc.az xəbər verir ki, London təmsilçisi müdafiəçisi Ceyk Klark-Solteri "Birmingem"ə icarəyə göndərib.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı ingilis futbolçu 2021-ci ilin 31 mayına qədər "Birmingem"in uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, Klark-Solter daha öncə də "Birmingem"də icarədə oynayıb. O, bu komandada 23 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, "çelsi"nin əsas komandasında 2 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest