Futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilmiş "Everton"la səfər oyunu "Liverpul"un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, misirli futbolçu 72-ci dəqiqədə rəqib qapısına yol tapmaqla "qırmızılar"ın heyətində 100-cü qolunu vurub.
 
Salah 100 qol həddinə 159-cu oyununda imza atıb.
 
Qeyd edək ki, Salah 2017-ci ilin yayında İtaliyanın "Roma" klubundan 42 milyon avroya transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest