İngiltərənin "Liverpul" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Vircil van Deyk zədələnib.
 
O, Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə qarşılaşdıqları "Everton"la matçda (2:2) sıradan çıxıb. Niderlandlı müdafiəçinin dizinin çarpaz bağları qırılıb.
 
İngiltərə mətbuatının yaydığı məlumata görə, Van Deyk mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest