Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubu baş məşqçisi Ahmet Taşyüreklə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə TFF 1-ci Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə göndərilib.
 
"Boluspor" beş turdan sonra 1 xal toplayıb. Hazırda 17-ci pillədə qərarlaşan komanda son matçda "Tuzlaspor"a 1:2 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest