"Yuventus"un sabiq baş meneceri Cüzeppe Marotta iş yerini dəyişib. Matç.az saytı xəbər verir ki, 61 yaşlı mütəxəssis bundan sonra "İnter"də çalışacaq.

"Neradzurra" tvitter hesabı vasitəsilə məlumatı təsdiqləyib. Marotta "İnter"də fəaliyyətə başladığını söyləyib: "Bu gündən "İnter"in uğurları üçün çalışacam. Bununla fəxr edirəm".

Qeyd edək ki, Cüzeppe Marotta 2010-2018-ci illərdə "Yuventus"da çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest