"Fənərbaxça" yarımmüdafiəçisi Qarri Rodriqeslə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Niderlandda anadan olsa da, Kabo Verde yığmasının uğurları üçün çalışan vinger, müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna qayıdıb.
 
Qeyd edək ki, "Fənərbaxça" Rodriqesi ötən ilin yayında satınalma şərti ilə 2 illik icarəyə götürmüşdü. Qarri İstanbul klubunda 29 rəsmi matça çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mövsüm baş tutan 5 oyunda iştirak hüququ qazanmamışdı.
 
Xatırladaq ki, 2017-2019-cu illər aralığında "Qalatasaray"ın da uğurları üçün çalışmış Qarri Rodriqes, ötən ilin yanvar ayında "Əl-İttihad"a transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest