"Milan" 25 il sonra öz uğurunu yeniləyib.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, komanda buna A Seriyasının 4-cü turunda "İnter"ə 2:1 hesabı ilə qalib gəlməklə nail olub. Beləliklə, "Milan" mövsümün ilk 4 turunda maksimum nəticə göstərib.
 
Komanda sonuncu dəfə 1995/96 mövsümündə çempionatın startında ardıcıl 4 matçda qalib gəlib.
 
Qeyd edək ki, "Milan" bu 25 il ərzində 3 dəfə A Seriyasının çempionu olub. 1999-cu ldə Alberto Zakkeroninin baş məşqçiliyi altında Skudettonu qazanan komanda eyni uğuru 2004-cü ildə Karlo Ançelotti, 2011-ci ildə isə Massimiliano Alleqrinin dönəmində əldə edib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest