20 Oktyabr 2020, 17:32
DİGƏR
"Nəhayət, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdur".
Matc.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Facebook" səhifəsində yazıb.
Zəngilandan olan 35 yaşlı qrossmeyster paylaşımında "Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!" ifadələrinə də yer verib.