İngiltərənin "Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Erik Bayi zədələnib.
 
Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer dünən UEFA çempionlar Liqasında keçirilən PSJ ilə oyundan (2:1) sonra məlumat verib.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı futbolçu azı 1 aylıq sıradan çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest