"Milan"ın türk yarımmüdafiəçisi Hakan çalhanoğlu zədələnib.
 
Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Seltik"lə matç öncəsi məşq zamanı zədə alıb.
 
Onun təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, Hakan Şotlandiya təmsilçisi ilə görüşü, həmçinin A seriyasında "Roma" və "Udineze" ilə qarşılaşmaları buraxacaq. 26 yaşlı futbolçunun Avroliqada "Slaviya"ya qarşı oyunu buraxması da istisna edilmir.
 
Qeyd edək ki, sabah keçiriləcək "Seltik" - "Milan" oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest