Futbol üzrə Rusiya kubokunda 3-cü mərhələnin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "çertanovo" ilə qarşılaşıb. Əliyevin komandası bu oyunda 4:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.
 
Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest