Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Balıkəsirspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Altı turdan sonra hesabında 2 xal olan "Boluspor" 18 kollektiv arasında 17-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest