Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək. Matc.az  xəbər verir ki, yarışın ilk günündə 8 idmançımız qüvvəsini sınayıb. Onlardan yeddisi mübarizəni erkən dayandırsa da. Orxan Səfərov yarışı bürünc medalla başa vurub. 

Kişilər

60 kq

Kəramət Hüseynov ilk cəhdində fransalı Luka Mxeidzeyə uduzub. Davud Məmmədsoy isə hindistanlı Vijay Kumar Yadav üzərində qələbə qazansa da, ikinci görüşündə qazaxıstanlı qusman Kırzbayevə məğlub olub.

66 kq
İlk rəqibi Villian Lima (Braziliya) olan 
Nicat Şıxəlizadə xalça üzərində məğlub ayrılıb. Bu çəki dərəcəsində digər təmsilçimiz Orxan Səfərov isə turnirə Niderland təmsilçisi İvo Verhorstert üzərində qələbəylə başlayıb. O, növbəti cəhdində gürcü Baqrati Niniaşvilini məğlub edib. 1/4 finala vəsiqə uğrunda idmançımız monqolustanlı Erxembayar Battoqtoxla üz-üzə gəlib və qələbə qazanıb. Orxan yarımfinalda rus Yaqub Şamilovla mübarizədən məğlub ayrılıb və bürünc medal qazanmaq üçün təsəlliverici görüşə qatılıb. Burada Sardar Nurillayevi (özbəkistan) məğlub edən idmançımız yarışı bürünc medalla başa vurub. 

Qadınlar
48 kq 

Aişə Qurbanlı da yarışa uğursuz start götürüb. O, ilk cəhdindəcə Şirin Boukliniyə (Fransa) uduzub. 
Macarıstanlı Luka Mamira ilə üz-üzə gələn Leyla Əliyeva isə qələbə qazanmaqla, növbəti mərhələyə yüksəlib. Amma o, növbəti cəhddə ispaniyalı Laura Martinesı uduzub. 

52 kq
İlk iki görüşündə monqolustanlı Qal-Od Tserentoqxod və israilli Gefen Primo üzərində qələbə qazanan Gültac Məmmədəliyeva 1/8 final mərhələsinə vəsiqə qazanıb. İdmançımız bu mərhələdə isveçli Fabiana Koçerə uduzub və təsəlliverici görüşə qatılıb. Təəssüf ki, Gültac bu dəfə də uduzub və medal şansını itirib.

Qeyd edək ki, turnirdə idmançılar Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları da qazanacaqlar.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest