Türkiyə Super Liqasında mübarizə aparan "Kasımpaşa" və "Trabzonspor" klublarında koronavirusa yeni yoluxma halları qeydə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. "Kasımpaşa"da 2 oyunçunun koronavirus testi müsbət nəticə veribsə, "Trabzonspor"da bir futbolçu virusa yoluxub. Həmin oyunçular dərhal karantinə alınıblar.
 
Qeyd edək ki, koronavirus aşkarlanan futbolçuların adı ictimaiyyətə açıqlanmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest