Futbol üzrə İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
"Atletiko" doğma meydanda "Betis"lə qarşılaşıb və inamlı qələbəyə sevinib. "Sevilya" isə "Eybar"la ev oyunundan minimal hesabla məğlub ayrılıb.
7-ci tur çərçivəsində mövsümün ilk "el klasiko"su keçirilib. "Barselona" doğma meydanda əzəli rəqibi "Real"ı qəbul edib. Dörd qolun qeydə alındığı matç Madrid təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Vilyarreal" bu tur "Kadis" səfərinə yollanacaq.
İspaniya La Liqası
7-ci tur
23 oktyabr
Elçe – Valensiya 2:1
Qol: Pomares, 19. Fidel, 37 – Lato, 74.
24 oktyabr
Barselona – Real 1:3
Qol: Fati, 8 – Valverde, 5. S.Ramos, 63-pen. Modriç, 90.
Osasuna – Atletik 1:0
Qol: R.Qarsiya, 81-pen.
Sevilya – Eybar 0:1
Qol: Kike, 41.
Atletiko – Betis 2:0
Qol: Lyorente, 46. L.Suares, 90+1.
25 oktyabr
17:00 Valyadolid – Alaves
19:00 Kadis – Vilyarreal
21:30 Xetafe – Qranada
00:00 Real Sosyedad – Hueska
26 oktyabr
00:00 Levante – Selta