Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
"Mançester Siti" bu turda Londonda "Vest Hem"lə üz-üzə gəlib və növbəti xal itkisi ilə üzləşib.
Son çempion "Liverpul" isə "Şeffild Yunayted"i qəbul edib və qələbəyə sevinib.
Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Ole Qunnar-Sulşerin rəhbərlik etdiyi "Mançester Yunayted" doğma meydanda Londonun "çelsi" komandası ilə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
İngiltərə Premyer Liqası
6-cı tur
23 oktyabr
Aston Villa – Lids 0:3
Qol: Bemford, 55; 67; 74.
24 oktyabr
Vest Hem – Mançester Siti 1:1
Qol: Antonio, 18 – Foden, 51.
Fulhem – Kristal Pelas 1:2
Qol: Kerni, 90+5 – Ridevald, 8. Zaha, 64.
Mançester Yunayted – çelsi 0:0
Liverpul – Şeffild Yunayted 2:1
Qol: Firmino, 41. Jota, 64 – Berge, 13-pen.
25 oktyabr
18:00 Sauthempton – Everton
20:30 Vulverhempton – Nyukasl
23:15 Arsenal – Lester
26 oktyabr
21:30 Brayton – Vest Bromviç
00:00 Bernli – Tottenhem