Futbol üzrə Moldova çempionatında 16-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Zimbru" ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 
16 turdan sonra 20 xalı olan "Dinamo-Avto" 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest