Niderlandın PSV klubunda koronavirusa yeni yoluxma halları qeydə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, komandanın daha altı futbolçusunda koronavirus aşkarlanıb. Bunlar Denzel Dumfris, Kodi Qakpo, Pablo Rosario, Timo Baumqartl, Maksim Delan və Joel Pirodur. Koronavirus testi pozitiv nəticələnən şəxslər karantinə alınıb və xüsusi nəzarətə götürülüb.
 
Qeyd edək ki, PSV-nin daha əvvəl koronavirusa yoluxan futbolçuları – Eran Zahavi və Cordan Teze artıq sağalıb və məşqlərə başlayıb. Klub bundan öncəki açıqlamasında üç futbolçu və iki işçisində koronavirus aşkarlandığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest