"Zirə" klubu yeni futbolçu ilə müqavilə bağlayıb.
 
Matc.az xəbər verir ki, "qartallar" Riçard Almeydayla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
 
Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest